Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub. Fanat.Az xəbər verir ki, ötən axşam bu mərhələnin cavab oyunları keçirilib.
"Arsenal" ilk oyunda 4:1 hesabı ilə yendiyi ÇSKA ilə Moskvada "sülh"ə razılaşıb - 2:2. "Leyspiq" evdə 1:0 hesabı ilə qalib gəldiyi "Marsel"ə səfərdə 2:5, "Atletiko" 2:0 hesabı ilə qalib gəldiyi "Sportinq"ə 0:1 hesabı ilə yenilib. "Zalsburq" isə səfərdə 2:4 hesabı ilə yenildiyi "Latsio"ya qalib gəlib - 4:1.
Nəticədə "Arsenal", "Marsel", "Salsburq" və "Atletiko" yarımfinala çıxıb.