İtaliya A Seriyasında ötən həftə "İnter"lə "Torino" arasında keçirilən matçda inanılmaz hadisə baş verib.
Fanat.Az xəbər verir ki, Turin klubunun 1:0 hesablı qələbə qazandığı matçda "İnter"in futbolçusu Antonio Kandrevanın vurduğu cərimə zərbəsindən sonra top bir mühafizəçinin kürəyinə dəyib. Özünü pis hiss edən mühafizəçi əvvəlcə heç nəyin fərqində olmayıb.
Daha sonra güclü ağrı hiss edib və xəstəxanaya aparılıb. Məlum olub ki, zərbənin təsirindən onun dalağı partlayıb. Mühafizəçi təcili əməliyyat edilərək dalağı götürülüb.
Fanat.Az