"Real"ın Çempionlar Liqasında "Yuventus"u 90+7-ci dəqiqədə mübahisəli penalti ilə mübarizədən kənarlaşdırması ilə bağlı müzakirələr davam edir. Fanat.Az xəbər verir ki, UEFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina ilk dəfə epizodla bağlı açıqlama verib.
"Lukas Vazkueə qarşı hərəkətin videoları bütün tərəflərdən izlədim. Hakimin qərarı yanlış deyildi. Maykl Oliver qaydalara uyğun qərar verib. Penalti qərarı doğru idi" deyə Kollina bildirib.
Epizodu bir daha şərh edən "Yuventus"un qapıçısı Canluici Buffon "O penalti verilməməli idi. Daha təcrübəli hakim o fiti çalmazdı. Matçın qəhrəmanı olmaq istədi. İki komandanın savaşına imkan vermədi. Əminəm ki, Maykl Oliver gələcəkdə böyük karyeraya sahib olacaq, amma belə indi belə bir oyun üçün çox gəncdi. Təəssüf ki, bu gənc belə bir oyunun öhdəsindən gələ bilmədi" deyib.
Fanat.Az