"Bavariya”nın müdafiəçisi Jerom Boatenq Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunundan öncə açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, arxa xətt oyunçusu sabah komandasıyla Madrid "Real”ı arasında baş tutacaq görüşü UEFA-nın saytında dəyərləndirib:
"Kriştiano fantastik atletdi. Vurduğu qollardan sonra futbolkasını soyunanda görünür. Ronaldonun hansısa zəif cəhətləri olduğunu düşünmürəm. "Real”ın əla hücum xətti var. Məhz buna görə də ardıcılı 2 dəfə Çempionlar Liqasında qalib olublar. Ancaq biz öz gücümüzə inanırıq. Qələbə üçün bacardığımızı edəcəyik. Həmişə Ronaldo kimi güclü oyunçulara qarşı mübarizə aparacağım matçları həvəslə gözləyirəm. Ən güclülərə qarşı oynamaq fərqli duyğulara meydan verir. Mükəmməlliyə aparan yeganə yol da elə budu. Bu mövsüm finala yüksəlmək üçün əla şans qazanmışıq. Həlledici matçda oynamaq istəyirik”.
Fanat.Az