Latviya yığmasının baş məşqçisi postuna namizədlər müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Latviya Futbol Federasiyasının prezidenti postuna iddia edən Krişyanis Klyavinş və Vadim Laşenko öz təkliflərini irəli sürüblər.
Krişyanis Klyavinşin əsas namizədi "Fənərbaxça”nın sabiq baş məşqçisi, alman Kristof Daumdu. Prezident həmçinin sloveniyalı Sreçko Katanets və almaniyalı Folker Finkenin namizədliyini irəli sürüb.
Vadim Laşenko isə danimarkalı Henrix Larsen və ingiltərəli Deyv Consun namizədliyi üzərində dayanıb.
Qeyd edək ki, Latviya yığmasının baş məşqçisi Aleksandr Starkov aprelin 6-da istefaya göndərilib. O, əvvəllər "Bakı"nın baş məşqçisi olub.
Hazırda Latviya Futbol Federasiyası postuna namizəd olan Kaspar Qorkş millinin baş məşqçi postuna "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuku gətirmək istəyir. Seçkilər aprelin 27-də keçiriləcək.
Onu da qeyd edək ki, Latviya və Azərbaycan milliləri iyunun 9-da Riqada yoldaşlıq oyunu keçirəcək.
Fanat.Az