Mövsümün sonunda "Beşiktaş"dan ayrılacağı Şenol Günəş karyerasını ölkə xaricində davam etdirəcək.
Fanat.Az xəbər verir ki, İstanbul klubunu ardıcıl iki dəfə çempion edən və Çempionlar Liqasında 1/8 finala çıxaran mütəxəssis Qətərdən oluqca cəlbedici təklif alıb.
Məlumata görə, Qətər klubu Şenol Günəşə illik 7 milyon avro maaş təklif edib. Mütəxəssisin Türkiyədən ayrılmaq və bu klubla müqavilə bağlamaq istədiyi deyilir.
Həmin klubun adı açıqlanmasa da, "Əl-Sadd" olduğu ehtimal edilir. Qətər klubunda "Barselona"nın əfsanəsi Xavi Hernandes forma geyinir.
Fanat.Az