"Yuventus"a transferi uzun müddətdi müzakirə edilsə də, baş tutmayan Əmrə Can istəyinə çatır.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Liverpul"un yarımmüdafiəçisi Turin klubuna transfer olunur.
Məlumata görə, hazırda zədə səbəbindən yaşıl meydanlardan kənarda qalan Almaniya millisinin türk üzvü bu həftə "Yuventus"la 5 illik müqavilə imzalayacaq. Onun "Liverpul"la müqaviləsi mövsümün sonunda başa çatacağından italyanlar transfer haqqı ödəməyəcək.
Qeyd edək ki, Əmrə Can 2014-cü ildə "Bayer"dən "Liverpul"a 12 milyon avroya transfer olunub. "Transfermarkt" hazırda 24 yaşlı yarımmüdafiəçiyə 28 milyon avro qiymət qoyub. Cari mövsümdə 37 rəsmi oyuna çıxan futbolçu 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Fanat.Az