PSJ-nin azarkeş qrupu "Ultras Paris" Neymarla bağlı sərt açıqlama yayıb.
Fanat.Az xəbər verir ki, "Marsel" matçında zədələnən braziliyalı futbolçunun müalicəsini Parisdən kənarda etdirməsini "ədəbsizlik" adlandıran azarkeş qrupu ondan PSJ və azarkeşlərinə hörmət etməyi tələb edib.
"Əgər klubumuzun şərəfini bu qədər gülünc duruma düşürməyə davam edərsə, əlimiz-qolumuz bağlı dayanmayacağıq. Özünüzə gəlin. Artıq səbrimiz tükənir" deyə "Ultras Paris"in açıqlamasında qeyd edirilir.
Fanat.Az