27 qolla Super Liqanın bombardirlər yarışına başçılıq edən Bafetimbi Qomisə Çindən təklif gəlib.
Fanat.Az xəbər verir ki, Çin klublarından birinin futbolçu üçün "Qalatasaray"a 10 milyon avro ödəməyə hazır olduğu müəyyənləşib. Qomisin özünə isə illik 5 milyon avro maaş təklif edilir.
Adı açıqlanmayan klubun tezliklə "Qalatasaray"la danışıqlara başlayacağı deyilir.
Fanat.Az