Efiopiya çempionatının oyununda futbolçular baş hakimi döyüb.
Fanat.Az xəbər verir ki, ölkənin Müdafiə Nazirliyinin balansında olan "Defence Force" ("Müdafiə Gücü) klubu ilə "Velvalo Adigrat Universiteti" oyununda baş verib.
Hesab 1:1 olarkən hakim topun qapı xəttini keçdiyini bildirərək "Defence Force"nin qolunu qeydə alıb. Buna hirslənən "Velvalo Adigrat Universiteti"nin futbolçuları hakimi meydanda qovmağa başlayıb. Referi komandanın futbolçuları və məşqçilərindən biri tərəfindən döyülüb.
Dövlət televiziyası ETV-nin yayımladığı görüntülərdə hakimin künc bayrağı ilə özünü qorumağa çalışdığı görünür.
Həmin məşqçi dərhal klubdan qovulub. Efiopiya Futbol Federasiyası bütün qarşılaşmaları təxirə salıb.
Fanat.Az