İngiltərə Premyer Liqasını tərk edən ilk klubun adı bəllidi.
Fanat.Az xəbər verir ki, "Stok Siti” elitadan gedib. XXXVII turda "Kristal Pelas”a 1:2 hesabı ilə uduzan "Stok Siti” ölkənin ən güclü liqasına vida edib.
Qeyd edək ki, "Stok Siti” 10 il idi ki, Premyer Liqadaydı.
Fanat.Az