Avropa Liqasının finalı matçını idarə edəcək hakimlər açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA Hakimlər Komitəsi "Atletiko" - "Marsel" görüşünü holland hakimlərə tapşırıb.
Qarşılaşmanın baş hakimi Byörn Kuypers olacaq. Ona həmyerliləri Sander van Rokel və Ervin Zeinstra köməklik edəcək. Dördüncü hakim funksiyasını Şimon Marçinyak (Polşa) yerinə yetirəcək. Əlavə köməkçi hakimlər Danni Makkeli və Pol van Bukel (hər ikisi Hollandiya) olacaq. Mario Diks (Hollandiya) isə ehtiyat-köməkçi kimi siyahıya əlavə edilib.
Qeyd edək ki, Avropa Liqasının final oyunu mayın 16-da keçiriləcək. Matça Lionda yerləşən "Park Olimpik” stadionu ev sahibliyi edəcək.
Fanat.Az