Mövsümün sonunda "Nitsa"dan ayrılacaq Mario Balotelli Fransadakı son matçını keçirmiş ola bilər.
Fanat.Az xəbər verir italiyalı ulduzun "Marsel" matçından sonra hakimi söyməsi Fransa televiziyasının kamerasına düşüb.
Balotelli 1:2 hesabı ilə uduzduqları oyundan sonra hakimlər haqqında "Hər zaman s... fransız hakimləri, hər zaman" deyərək onları təhqir edir. Bu səbəbdən onun ağır cəzaya məruz qalacağı deyilir.
Qeyd edək ki, 2015-ci ildə PSJ-də çıxış edən Zlatan İbrahimoviçin oyundan sonra "Fransa p...dan bir ölkədi" demiş və sözləri kameraya düşmüşdü. Bu səbəbdən isveçli ulduza 4 oyunluq cəza verilmişdi.
Fanat.Az