"Konyaspor" Super Liqada qaldı, aparıcı efirdə ağladı - VİDEO
Türkiyə Super Liqasının XXXIII turunda "Konyaspor" güclülər dəstəsindəki yerini təmin edib. Komandanın sona bir tur qalmış qazandığı bu nəticə Konyada yayımlanan "Kon TV"nin aparıcısını necə sevindiribsə, efirdə hönkür-hönkür ağlayıb.
Fanat.Az xəbər verir ki, aparıcı Mustafa Durmuş oyunlarla bağlı məlumatları verərkən özünü saxlaya bilməyib. "Alanyaspor"un "Sivasspor"la heç-heçə onyaması, "Beşiktaş"ın "Osmanlıspor"a qalib gəlməsi "Konyaspor"un Super Liqada qalmasına səbəb olub. Bu məlumatları tamaşaçılara çatdıran Mustafa Durmuş hökür-hönkün ağlayıb.