Beynəlxalq yoldaşlıq görüşləri çərçivəsində Braziliya yığması Xorvatiya ilə qüvvəsini sınayıb.
Fanat.Az xəbər verir ki, bu görüşdə "sambaçılar" Neymar və Roberto Firminonun qolları ilə 2:0 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, fevralın 26-də "Marsel"lə oyunda zədələnən Neymar son qolunu həmin ayın 2-də "Strasburq"a vurub. Uzun müddət zədəli olan PSJ-nin ulduzu dünən ilk dəfə meydana çıxıb.
Fanat.Az