"Trabzonspor" "Qəbələ"nin sabiq futbolçusu Leonardo Da Silvanı transfer edir.
Fanat.Az xəbər verir ki, bu barədə Serbiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Türkiyə klubu artıq braziliyalı forvardla anlaşıb. Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubundan ayrılan Da Silva "Trabzonspor"a azad agent kimi keçəcək.
Qeyd edək ki, peşəkar karyerasına İngiltərənin "Fulhem" klubunda başlayan Leonardo 2013-cü ilin yanvarında Ukrayna "Metallurq"una transfer olunub. "Qəbələ" 6 ay sonra onu heyətinə qatıb. "Transfermarkt"ın mlumatına görə transfer 200 min avroya baş tutub. Hücumçu 2013/14 mövsümündə Azərbaycan klubunun heyətində 33 rəsmi oyuna çıxaraq 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
2014-cü ildə ölkəmizi tərk edən Da Silva 2014-2016-cı illərdə Rusiyanın "Anji", 2016-2017-ci illərdə Serbiyanın "Partizan", 2017-2018-ci illərdə Səudiyyə Ərəbistanının "Əl-Əhli" klublarında çıxış edib. O, 2017/18 mövsümündə ərəb klubunun heyətində 21 oyun keçirərək 10 qol vurub və 7 məhsuldar ötürmə edib.
Fanat.Az