Qazaxıstan Premyer Liqasında XXII tura start verilib.
Fanat.Az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Riçard Almeydanın şərəfini qoruduğu "Astana” "Aktobe"nin qonağı olub.
Oyun 1:1 hesabı ilə başa çatıb. Start heyətində meydana çıxan Riçard Almeyda 90 dəqiqə oynayıb.
"Astana" 22 turdan sonra 54 xalla turnir cədvəlinə başçılıq edir və ehtiyatda iki oyunu olan "Kayrat"ı 7 xal qabaqlayr.
Qeyd edək ki, "Astana"ya "Qəbələ"nin sabiq baş məşqçisi Roman Qriqorçuk başçılıq edir.
Fanat.Az