Quayas vilayətinin qubernatoru Ekvador "Barselona”sının fanatlarını daşıyan avtobusun qəzaya uğradığı haqda məlumat verib.
Fanat.Az-n məlumatına görə, Kuenka və Molyeturo şəhərləri arasındakı yolda nəqliyyat vasitəsinin əyləc sistemində problem yaranıb. Sürücü avtobusu saxlamaq üçün onu yaxınlıqdakı körpüyə çırpıb. Nəticədə 12 nəfər ölüb, 30-u isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Klubun tvitter səhifəsində belə yazılıb: "Qəzada həyatını itirənlərin ailələrinin və dostlarının acılarına şərikik. Biz sizinləyik”.
Fanat.Az