AFFA İntizam Komitəsinin iclası keçirilib.
Fanat.Az xəbər verir ki, komitə zvləri Topaz Premyer Liqasının IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Qarabağ” - "Sumqayıt” matçının 70-ci dəqiqəsində "Sumqayıt"ın futbolçusu Yusif Nəbiyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Oyun başa çatdıqdan sonra "Sumqayıt”ın azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.
"Səbail” – "Zirə” matçında "Zirə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.
"Sabah” - "Qəbələ” matçının 75-ci dəqiqəsində "Sabah”ın futbolçusu Məqsəd İsayev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
Fanat.Az