Azərbaycan millisinin qapıçısı Kamran Ağayev Millətlər Liqasında Kosovoya qarşı bilərəkdən oynamamasıyla bağlı danışmaq istəməyib.
Fanat.Az xəbər verir ki, Topaz Premyer Liqasının az öncə başa çatan "Keşlə” – "Qəbələ” (1:2) matçını tribunadan izləyən qolkiper jurnalistlərə müsahibə verməkdən imtina edəndən sonra belə deyib:
"Siz axı məni tanıyırsız. Mən meydandan qaçana oxşayıram?”
Fanat.Az