İspaniya La Liqasında XVI turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, "Barselona" səfərdə "Levante"ni 5 cavabsız qolla məğlub edib. Görüşdə hesabı 35-ci dəqiqədə Luis Suares açıb. Kataloniyalıların heyətində 2, 3 və 4-cü qolları Lionel Messi vurub. Het-trik edən argentinalı hücumçu 43, 47 və 60-cı dəqiqələrdə fərqlənib. Qarşılaşmada son nöqtəni isə 88-ci dəqiqədə Cerard Pike qoyub.
Fanat.Az