"Reuters" agentliyi 2018-ci ilin ən yaxşı 5 futbol matçını açıqlayıb.
Fanat.Az həmin qarşılaşmaları təqdim edir.
1. Fransa - Argentina 4:3
Dünya çempionatının 1/8 final mərhələsinin qarşılaşmasında gələcək çempion Fransanın ulduzları Lionel Messili Argentinanı mübarizədən kənarllaşdırmışdı. Bu qarşılaşma ilin ən yaxşı matçı olub (30 iyun)
2. Liverpul - Mançester Siti 3:0
"Liverpul" 30 dəqiqədə "Mançester Siti"ni darmadağın etməyi bacarmışdı (4 aprel)
3. Roma - Barselona 3:0
"Roma" Çempionlar Liqasında "Barselona"nı 3:0 hesabı ilə yenərək özündən söz etdirmişdi. İtalyanlar sonradan Kataloniya klubunu turnirdən kənarlaşdırmışdı (10 aprel)
4. Marsel - Leypsiq 5:2
Avropa Liqasında qarşılaşan rəqiblərin ilk matçında almanlar 1:0 hesabı ilə qələbə qazanmışdı. Fransızlar cavab matçında bunun əvəzini artıqlaması ilə çıxa bilmişdi (12 aprel)
5. Portuqaliya - İspaniya 3:3
Dünya çempionatının qrup mərhələsində baş tutan qarşılaşmada Kriştiano Ronaldo het-trik etməyi bacarmışdı (15 iyun)
Fanat.Az