CAR-ın ən köklü klublarından olan "Bloemfontein Seltik"in ardıcıl uğursuz oyunlar keçirməsi azarkeşlərin qəzəblənməsinə səbəb olub.
Fanat.Az xəbər verir ki, fanatlar etiraz aksiyaları keçirmək üçün küçələrə çıxıb. Klub rəhbərliyinə və futbolçulara etiraz edən azarkeşlər küçələri yandırıb.
Qeyd edək ki, "Bloemfontein Seltik" çempionatda keçirdiyi son 5 oyunda 4 məğlubiyyət alıb və 1 heç-heçə edib.
Fanat.Az