"Keşlə" qış hazırlığına Bakı şəhərində start verəcək.
Fanat.Az xəbər verir ki, Tərlan Əhmədovun komandası yanvarın 5-də bir araya gələrək məşqlərə başlayacaq.
Yanvarın 9-da isə paytaxt təmsilçisi yoxlama matçı keçirməyi planlaşdırır. Belə ki, I divizion təmsilçisi "Qaradağ Lökbatan"la görüşün "Türk Hava Yolları Futbol Mərkəzi"ndə ("Neftçi"nin bazası) keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, "Keşlə” yanvarın 12-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. Orada iki həftə ərzində 4 oyunun keçirilməsi nəzərdə tutulub. Paytaxt təmsilçisi yanvarın 17-də Qazaxıstan "Okjetpes”i, 23-də Rumıniya "Konkordiya”sı, 25-də isə Rusiya "Çertanovo"su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib hələ məlum deyil.
Fanat.Az