Qitələrarası Kubok bərpa oluna bilər.
Fanat.Az xəbər verir ki, UEFA və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) bununla bağlı danışıqlara başlayıb.
Avropa və Cənubi Amerikanın futbol qurumları klublararası dünya çempionatında intriqanın az olması və azarkeşlər üçün çox maraq doğurmamasına görə bu addımı atmaq niyyətindədi.
Qeyd edək ki, Qitələrarası Kubok 1960-2004-cü illərdə keçirilib. Həmin turnir bir final matçından ibarətdi və Çempionlar Liqasının qalibi ilə Libertadores Kubokunu qazanan komandalar arasında təşkil olunur.
Fanat.Az