Uzun illər Dortmund "Borussiya"sının formasını geyinən və son olaraq "Volfsburq"da çıxış edən Yakub Blaşikovski qeyri-adi addım atıb.
Fanat.Az xəbər verir ki, sabiq klubu "Visla" ilə anlaşan polşalı futbolçu maliyyə böhranında olan Krakov təmsilçisində maaş almadan oynayacaq. 33 yaşlı yarımmüdafiəçi həmçinin təcili ödəmələri olan kluba öz cibindən də pul ödəyib.
Qeyd edək ki, Blaşikovski 2005-2007-ci illərdə "Visla"da çıxış edib. 2007-ci ildə "Borussiya" onu 3,05 milyon avroya heyətinə qatıb. 2016-cı ildə 5 milyon avroya "Volfsburq"a transfer olunan yarımmüdafiəçi 12 il sonra vətəninə dönüb.
Fanat.Az