"Barselona” İspaniya kubokunun 1/8 final mərhələsi çərçivəsində "Levante”ni yenərək, 1/4 finala yüksəlib.
Fanat.Az İspaniya mətbuatına istinadən xəbər verir ki, 3:0 hesabılı qələbə qazanan Kataloniya təmsilçisi yeni rekorda imza atıb.
Belə ki, "Barselona” İspaniya kuboku matçları çərçivəsində ardıcıl 22 oyundu ki, qalib gəlir. Bu, İspaniyada kubok oyunları tarixində ən yaxşı göstəricisidi.
Kataloniya təmsilçisi bununla yanaşı, həm də, ardıcıl 33 oyundu ki, meydanı qolsuz tərk etmir. Bu da klub tarixinin ən yaxşı 2-ci göstəricisidi. "Barselona” bundan əvvəl 1944-cü ildə ardıcıl 44 oyunda qol vurmağı bacarmışdı.
Fanat.Az