"Soşo"nun yarımmüdafiəçisi Lüsyen Aquma La Liqada top qovacaq.
Fanat.Az-ın sport.es saytına istinadən məlumatına görə, 16 yaşlı futbolçu "Barselona"ya keçib.
Bir ildi orta sahə oyunçusunu izləyən kataloniyalılar, onu akademiyaya cəlb etmək qərarına gəlib. Klublar arasında danışıqlar müsbət nəticələnib və yalnız rəsmi müqaviləyə qol çəkmək qalıb.
Aquma "Soşo"nun heyətində əsas komandada çıxış edən ən gənc oyunçu kimi tarixə düşüb. O, Fransanın U-16 yığmasında ötən ilin mayında Almaniya ilə oyunda debüt edib və 2 qol vurub.
Fanat.Az