"İnter"in (indiki "Keşlə") sabiq baş məşqçisi Kaxaber Sxadadze klubu "Ordabası" ilə müqaviləni yeniləyib.
Fanat.az xəbər verir ki, bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb.
Gürcü mütəxəssis ilə 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Sxadadze 2009-2014-cü illərdə "İnter”in baş məşqçisi olub.
Fanat.az