"Başakşəhər" klubu heyətinə daha bir məşhur futbolçu cəlb edib.
Fanat.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Türkiyə təmsilçisi Çinin "Şanxay Şenhua" klubundan Demba Banı transfer edib. Lakin müqavilənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, 33 yaşlı seneqallı hücumçu karyerası ərzində "Hoffenhaym", "Vest Hem", "Nyukasl", "Çelsi", "Beşiktaş" və "Göztəpə" kimi klublarda çıxış edib.
Xatırladaq ki, "Başakşəhər" daha öncə Braziliya millisinin sabiq üzvü Robinyonu transfer edib.
Fanat.Az