"Beşiktaş"ın forma geymiş Göksel Gencer evində ölü tapılıb.
Fanat.Az xəbər verir ki, Mersinin Silifke bölgəsində yaşayan sabiq qapıçıdan xəbər almayan onun atası Muammer Gencer oğlunun evinə gedib. Qapını zorla açan ata oğlunu yatağında hərəkətsiz şəkildə görüb.
Xəbər veriləndən sonra gələn Təcili Tibbi Yardım həkimləri sabiq qapıçının vəfat etdiyini təsdiqləyib. İlk yoxlamada ürəktutmasından öldüyü bildirilən Gəncərin ölüm səbəblərinin daha ətraflı tibbi araşdırmalardan sonra dəqiq müəyyənləşəcəyi söylənilib.
Qeyd edək ki, 2002-2003-cü illərdə "Beşiktaş"da çıxış edən Göksel Gencer "Silifkespor", "Samsunspor", "Antalyaspor", "Vestel Manisaspor", "Mersin İdman Yurdu" və "Yimpaş Yozqatspor" klublarında oynayıb. 44 yaşında dünyasını dəyişən sabiq qapıçı Türkiyənin U-21 yığmasında forma geyinib.
Fanat.Az