Rekordlardan doymayan "Barselona”bu gün İspaniya çempionatları tarixində yeni ilkə imza atıb.
Fanat.Az xəbər verir ki, kataloniyalılar La Liqanın XXI turunda - "Jirona” ilə matçda rekord müəyyənləşdirib.
Semedonun 9, Messinin 68-ci dəqiqədə vurduğu qollarla qələbə qazanan "Barsa” ardıcıl 32-ci səfər qarşılaşmasında rəqib qapısına yol tapıb. İndiyədək Primera tarixində belə nəticə qeydə alınmamışdı.
Fanat.Az