Nigeriya Premyer Liqasında çıxış edən "Katsina Yunayted"in baş məşqçisi Abdullahi Biffo yanındakı 3 yoldaşı ilə birlikdə yanvarın 7-də qaçırılmışdı.
Fanat.Az xəbər verir ki, sərbəst buraxılması üçün 15 milyon naira (42000 dollar) tələb edilən məşqçinin azadlığa qovuşduğu bildirilib. Katsina polisi ödənilən pulun miqdarını açıqlamasa da 44 yaşlı mütəxəssisin heç bir yara almadan qurtulduğunu açıqlayıb.
Bu kimi hadisələrin tez-tez baş verdiyi Nigeriyada daha öncə də "Fənərbaxça"nın sabiq futbolçusu Jozef Yobonun qardaşı qaçırılmış və 2 həftə sonra sərbəst buraxılmışdı.
"Çelsi"nin sabiq futbolçularından olan, bu qış "Middlsbro"ya transfer olan Con Obi Mikelin atası da ötən il adam qçıranların əlindən 10 milyon naira qarşılığında xilas edilmişdi.
Fanat.Az