"Çelsi” və "Yuventus”un sabiq çalışdırıcı Antonio Konte "Real”la bağlı maraqlı bənzətmə səsləndirib.
Fanat.Az xəbər verir, italyan mütəxəssis Madrid klubundan aldığı təklif barədə danışıb: "Bəli, mən ötən payız "Real”dan təklif almışdım, amma bunu qəbul edə bilməzdim. Çünki mövsümün ortasında yeni işə başlamağı, komanda qəbul etməyi xoşlamıram. Həm də ki, "Real” həmin vaxt qaynar kartofa bənzəyirdi. Belədə mən də təklifdən itmina etməli oldum”.
Xatırladaq ki, ötən ilin oktyabrında Lopeteqini istefaya göndərən "Real” rəhbərliyi Konteyə müraciət etmişdi. Amma italyan mütəxəssis mövsümün sonunda bu təklifi qəbul edə biləcəyini söyləyərək, Madrid klubunun təklifini geri çevirmişdi.
Fanat.Az