"Mançester Siti" İngiltərə Premyer Liqasının XXV turunda "Arsenal"ı qəbul edib.
Fanat.Az xəbər verir ki, "şəhərlilər" London təmsilçisinə Serxio Aqueronun vurduğu 3 qolla qalib gəlib - 3:1. Argentinalı hücumçu 1, 44 və 61-ci dəqiqələrdə fərqlənib. "Arsenal"ın yeganə qolunu isə 11-ci dəqiqədə Loran Kosyelni vurub.
"Mançester Siti" bu qələbə sayəsində xallarının sayını 59-a çatdırıb və hazırda turnir cədvəlində ikinci pilləni tutur. "Arsenal" 47 xalla 6-cı yerdədi.
Fanat.Az