"Mançester Yunayted"dən təklif alsa da, Yuventus"dan ayrılıb Qətərin "Əl Duhail" klubuna transfer olunan Medhi Benatiya qərarının səbəbini açıqlayıb.
Fanat.Az xəbər verir ki, mərakeşli futbolçu bunu uşaqlarının müsəlman ölkəsində yaşaması üçün etdiyini bildirib:
"Mançester Yunayted"in təklifindən imtina etdiyim üçün bəzi juranlistlər məni tənqid etdi. Amma hər kəsin qərarıma hörmət etməsini istəyirəm. Çünki mənim üçün ailəm daha önəmlidi. Uşaqlarımın əhalisi müsəlman olan bir ölkədə böyüməsini istəyirəm. Birləşmiş Ərəb Əmirliklərinə və ya Səudiyyə Ərəbistanına da gedə bilərdim. Amma "Əl Duhail"i seçdim. Milli komandanın baş məşqçisi də bu qərarıma hörmət etməlidi. Yenə də milliyə çağırmağa layiq görməsə, anlayışla qarşılayacam".
Qeyd edək ki, keryerası əzində "Roma", "Bavariya", "Marsel" kimi klublarda çıxış etmiş 31 yaşlı müdafiəçi bu qış "Yuventus"dan "Əl Duhail"ə 8 milyon avroya transfer olunub. O, 2008-c ildən dəvət aldığı Mərakeş millisində 55 oyun keçirib və 2 qol vurub.
Fanat.Az