Manş dənizi üzərində təyyarənin qəzaya uğraması nəticəsində həlak olan Emiliano Salanın cəsədi ilə bağlı məhkəmə-tibbi ekspertizasının rəyi açıqlanıb.
Fanat.Az "Daily Star"a istinadən xəbər verir ki, ekspertiza İngiltərədə aparılıb. Məlum olub ki, Salah boğulmadan yox, baş və bədənindən aldığı zərbələrin təsirindən həlak olub. Argentinalı hücumçunun kimliyi barmaq izləri ilə müəyyənləşdirilib.
Böyük Britaniyada Qəza Tədqiqat Komissiyası 6-12 ay ərzində qəzanın yekun hesabatını açıqlayacaq. Qısa bir hesabat isə iki həftə ərzində təqdim olunacaq.
Qeyd edək ki, Sala yanvarın 19-u "Nant"dan "Kardiff"ə 17 milyon avroya transfer olunub. O, yanvarın 22-i Fransadan Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Ancaq hava gəmisi mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib. Sonradan axtarış qrupu təyyarəni La Manş boğazından tapıb.
Fanat.Az