09:39 12.02.2019 1946

Tanıdığınız və tanımadığınız - Samuel Eto’o

Futbolçu kimi keyfiyyətləri müzakirə mövzusu olmayan Samuel Eto’o Pep Quardiolanın "Barselona”sının "məhək daşı” idi. Kamerunlu yaxşı oyunçu olmaqla bərabər, hər an mübahisəyə meyilli, gərgin anlarda "eqo partlayışı” yaşayan və xarakterinin pis xüsusiyyətlərini nümayiş etdirən fərdlərə qarşı davranış qaydalarının öyrənilməsi baxımından da bir nümunədi.

Gələcəkdə baş vermək ehtimalı yüksək olan hadisələrin qarşısını almaq üçün bir çox insan Eto’onun klubdan ayrılmağını məqsədəuyğun hesab edirdi. "Barselona” tərəfi klub ətrafındakı gərginliklərin başında duran şəxsin məhz kamerunlu futbolçu olduğu mövzusunda həmfikir idi. 2009-cu ilin iyul ayında bu yöndəki təkliflərin ardı-arası kəsilmək bilmirdi. 

Quardiolanın yanaşması Eto’onun ilk mövsümdəki uğurlarının bünövrəsini təşkil edirdi. Əvvəl Pep onu komandasında istəmirdi, lakin bir müddət sonra katalon məşqçi fikrini dəyişdirdi (ondan başqa hamı Eto’onun əleyhinə çıxmışdı) və ona dəstək oldu.

"Sadəcə ağıllı insanlar fikirlərini dəyişdirə bilirlər” - hadisələrin kölgəsindəki Quardiola bu məşhur ifadənin doğruluğuna inanmışdı. Pep  əvvəl Eto’o ilə komanda arasındakı bağları kəsmişdi, çünki Samuel özünü kluba aid hiss etmirdi. Zamanla hadisələr gözləntilərin əksinə cərəyan etdi.
Yaxşı liderlər dəyişkən olurlar, uyğunlaşmağı bacarırlar. Eyni zamanda, belələri öz prinsiplərini asanlıqla qurban vermirlər. Adətən, onlar stratejik bacarıqlara sahib olurlar. Hər anın öz qərarı var, hər qərarın isə özünəməxsus anı. Bir şeyi çox erkən etmək də yanlışdı, çox gecikdirmək də...



Eto’o: Fəxri doktor

Samuel Eto’o ilə tanışlığım Malyorkada yaşadığım və "Riu” otellər şəbəkəsinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri kimi çalışdığım dönəmə təsadüf edir. Malyorkalı digər məşhur şəxslərlə olduğu kimi, onunla da Palma de Mayorka hava limanının bufetində qarşılaşmışdım.

Görüşlərimizin birində Eto’oya bəslənmə problemi olan uşaqlarda daha çox rast gəlinən noma xəstəliyi ilə mübarizə aparan Kampaner fondunun könüllülərindən biri olduğumdan bəhs etdim. Əslində, sözügedən təşkilatda beş il ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri kimi çalışmışdım. Noma xəstəliyi uşaqlarda üz ətinin çürüməsinə səbəb olur və əksər hallarda ölümcül nəticələrə yol açır. Pis xəstəlikdi, ancaq penisilin ilə müalicəsi mümkündü.

Eto’o bu xəstəliklə mübarizə aparan bir nigeriyalı qıza 6 min avro yardım edəcəyinə dair söz vermişdi. Mən də bir müddət sonra ona sözünü xatırlatdım. Fond qızın əməliyyatı üçün pul toplayırdı. Kamerunlu futbolçu məni görən kimi bəyaz dişlərini göstərərək gülümsədi. Simasındakı etibarsız ifadə bir anda yox oldu. Mərhəmətli Samueli ilk dəfə orada görmüşdüm. Eto’o telefon nömrəsini verdi və zəng edərək bir daha bu məsələni onun yadına salmağımı istədi.

Əslində isə lazım olan məbləği ondan almaq üçün ağ və qara arasında qalmışdım. Nə isə, sayını unutduğum telefon danışıqlarından sonra və digər könüllülərin dəstəyi sayəsində birtəhər məbləği toplaya bildik.

O zaman Eto’onun səbatsız olduğunu anlamışdım. Anidən qərarlarını dəyişdirirdi və etibarsız biri idi. Bəlkə də, bunun səbəbi düzgün təhsil almaması idi. Uzun müddət keçsə də, yekunda Eto’o sözünü yerinə yetirdi və bu addımına görə ona təşəkkür etdik.

"Barselona” ilə müqavilə imzaladıqdan sonra Kampaner fondu adına Eto’oya hamının önündə dəstəyi üçün bir daha minnətdar olduğumuzu bildirdik. Daha sonra Barselonadakı təşkilatımızın boş qalan üzv yerlərindən birini ona vermək qərarına gəldik. Bununla bağlı tədbir keçirdik və mətbuat nümayəndələrini dəvət etdik. 2004-cü ilin sentyabr ayından bəhs edirəm.

Qəribədi, "Barselona”nın xeyirxah və mərhəmətli Eto’o ilə ilk tanışlığım Kampaner fondu sayəsində baş tutdu. İctimaiyyət önündə ona təşəkkür etmək heç də pis olmazdı. Bu, həm Kataloniyadakı fondumuzun açılışı barədə insanları məlumatlandırmaq, həm də Eto’onun piarı adına əla fürsət idi. Məncə, bunu haqq etmişdi - ən azından hadisələrin o anlıq gedişatı belə düşünməyimə əsas verirdi. Biz ona inanırdıq.

Mətbuat nümayəndələrini Barselonadakı Beynəlxalq Mətbuat Mərkəzinin konfrans zalına dəvət etmişdik. Yaxşı imic yaratmaq üçün məzun günlərinin olmazsa-olmazı – papaqlardan (6 avro xərci var idi) və futbolçunun imzalaması üçün futbol topu almışdım. Topu təşkilatımızın Niger filialında müalicə alan uşaqlara göndərəcəkdik.

Mərasim yaxınlaşdıqca jurnalistlər və fotoqraflar konfrans zalını doldurmağa davam edirdilər. Eto’onun gəlib-gəlməyəcəyini bir daha dəqiqləşdirmək üçün onun agenti – Mariya Mesalyesə zəng etdim. Dedi ki, narahat olma, yoldayıq, gəlirik. Yenə də, onlar qapıdan içəri girənə kimi içimdə tərəddüdlər var idi. Hisslərim mənə işlərin qaydasında getməyəcəyini deyirdi.

Yaxşı ki, gəlib çıxa bildilər. Eto’o gülümsəyirdi, agenti isə gecikdikləri üçün xəcalət çəkirdi. Tıxaca düşdüklərini deyib, üzr istədilər.

Samuelin zala daxil olanda jurnalistikada ən  duyğulandığım  anlardan  biriydi. Sonra məlum oldu  ki, jurnalistləri nə Kampaner fondu maraqlandırır, nə də Afrikadakı problemlər. Futbolçunu "fəxri doktor”umuz elan edəndə zaldakı hər kəs həyəcanlı görünürdü. Həmin anın fotolarından idman mətbuatının ön səhifələrində, qəzetlərin və xəbər proqramlarının idman bölmələrində geniş bəhs olundu.

Belə bir başlıq diqqət çəkmişdi: "Keçmişi müzakirəyə açıq olan Eto’onun mərhəmətli siması”.

Eto’o ilə görüş planlaşdırdığımız müddətdən daha uzun çəkdi. Bəzi mətbuat nümayəndələri müsahibə almaq üçün cəhd göstərirdilər. Nəticədə Samuel və agenti yorğunluqdan güclə ayaq üstdə dururdular. "İdman gözəl şeydi, idman jurnalistikasının isə bu gözəlliklə yaxından-uzaqdan əlaqəsi yoxdu” - qəbul etmək üzücüdü, ancaq o gün baş verənlər sayəsində bir daha bundan əmin oldum.



Eto’o ilə 26 min fut yüksəklikdə

Eto’onun fondun üzvü və dəstəkçisi elan edilməsindən bir gün sonra Barselonadan Palma de Mayorkaya yola düşən "Spanair” təyyarəsinə mindim. Qəzetləri oxumuşdum və bəzi məqalələri cırıb özümlə götürmüşdüm. Özümü çox yaxşı hiss edirdim. Daha bir gözəl xəbər var idi: "Spanair” heç bir məbləğ tələb etmədən yerimi biznes-klassa dəyişmişdi. Gözəl gün idi.

Kabinin qapıları, demək olar ki, bağlanırdı, bu an daha bir sərnişin özünü yetirdi. Əsl yeniyetmələr kimi geyinmişdi, qulağında iri qulaqlıq var idi.
Fəxri doktorumuz, dəstəkçimiz... – hə, gələn Samuel Eto’o idi. Birlikdə Malyorkaya gedirdik. Salamlaşdıq və ona qəzetlərdən götürdüyüm məqalələri göstərdim. Hamısını diqqətlə oxudu. Sonra mənə baxdı və dedi: "Jurnalistlər futbol haqqında heç nə bilmirlər”.

Mövsüm hazırlıqlarını qaçırdığı üçün oynamağa hazır olmadığı haqda yazılan fikirlərdən bəhs edirdi. Birdən-birə üzündə hirsli ifadə yaranmışdı.
Bir az keçdikdən sonra ondan soruşdum: "Bu qədər alqış, bu qədər sevgi bir gün sənin şəxsiyyətini dəyişdirə bilər? Hər zaman xeyirxah və mərhəmətli biri kimi qala biləcəksən?”

"Mən heç vaxt dəyişməyəcəm. Həmişə eyni qalacam”, - deyə cavab verdi.

Növbəti aylar Eto’o Aralıq dənizi üzərində, 26 min fut yüksəklikdə dediklərinin yalandan ibarət olduğunu üzümüzə vuracaqdı.

Çox keçməmiş Eto’o ona qapılarını sonunadək açan Kampaner fondu ilə əməkdaşlığını heç bir açıqlama vermədən dayandırdı. Eyni zamanda isə o, sayları getdikcə artan, populyarlığı yüksələn hər cür xeyriyyə təşkilatı ilə çalışmağa cəhd göstərirdi. Bunu gözə girmədən, sponsorları sayəsində müsbət imic formalaşdırıb, mübahisəli idmançı keçmişini zamanla unutdurmaq üçün edirdi.

Yenə də, məsələnin bu tərəfinə qarışmağa haqqımız yoxdu. Sadəcə, bizi bir kənara atmağı qəribə idi. Sanki bizi bir müddətlik öz faydası üçün istifadə etmişdi.

Sonda məsələ ilə bağlı futbolçunun agenti Xosep Mariya Mesalyesə mesaj göndərdik. Bizə çox pis və ağır formada cavab yazdılar. Toplum qarşısındakı insanların xeyriyyə məqsədli işlərdən faydaları naminə istifadə etdikləri reallıqdı. Əslində isə belə şeylər sədaqət və davamlılıq tələb edir. Məncə, insan sahib olmadığı xüsusiyyətlər hesabına mənfəət güdməməlidi.

Eto’onun fonddakı imici sarsılmışdı. Onun şəklini Nigerdəki uşaqların yataq otağlarına asıb-asmamaq barədə çox düşündük. Bir tərəfdən də, bunu etməmə səbəbimizi onlara necə açıqlaya bilərdik axı? Uşaqların boş yerə üzülməyini istəmədik və fikrimizdən daşındıq. Bir müddət sonra baş verənləri tamamilə unutduq.

Samuelin göstəriş xətrinə etdiyi hərəkətlər mənə dərs oldu. Həmrəylik və xeyirxahlıqdan söhbət düşəndə artıq danışılanları gözlərimlə görmədən heç nəyə inanmıram. Şübhələrim daha da güclənib.

Eto’o növbəti illərdə bir neçə çətin situasiya ilə üzləşdi. Bir gün "Barselona”da qalacağına dair xəbərlər çıxırdı, ertəsi gün "İnter”ə keçəcəyini yazırdılar. Mətbuata hirsli açıqlamalar verirdi, tez-tez fikrini dəyişdirirdi... Yenə də, bura bu mövzuları danışmaq üçün uyğun yer deyil. Baş verənlər, sadəcə, pulun nə qədər güclü olduğunun isbatıdı. Pul hər şeyi çirkaba qatır, insanı zəhərləyir. Futbol da bu prinsiplərə xidmət edir.

Məndən soruşsaz, qəzetlərə göz gəzdirən və Afrikadakı qıza yardım etmək istəyən sevimli Samueli xatırlamağa üstünlük verərdim. Azından yaxşı niyyətli idi, sanki ürəyinin səsini dinləyib addım atırdı. Cibi boş, dəstəksiz halda Madridə necə gəldiyini unutmamışdı... Bax, bu, mənim xatırlamaq istədiyim Samueldi.



Sonra xarakterində baş verən dəyişikliklər isə, mənə görə, tərifə layiq deyil. Dəbdəbəli həyat tərzini (avtomobillər, saatlar, qadınlar...) hamıya nümayiş etdirmək, sülhə ehtiyacı olan dünyada aqressiv hərəkətlər etmək – bunlar fikirlərimin formalaşmasında böyük rol oynayır. Dediklərimin heç biri onun dəyərini yüksəltmir. Onu yüksəldən bir zamanlar sahib olduğu qəlbi və mərhəmət hissi idi. Bunu isə Eto’o deyil, Samuel olduğu günlərdə nümayiş etdirmişdi.

Migel Anxel Violan – "Pep Quardiola: Oyunu dəyişdirən fəlsəfə”

Tərcümə və tərtibat: Rüfət Məcid
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X