Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
İlk oyunlara İstanbulda start verilib və "Fənərbaxça” Rusiyanın "Zenit” klubunu qəbul edib. Oyuna fəal başlayan türklər 21-ci dəqiqədə İslam Slimaninin qoluna sevinib. 44-cü dəqiqədə "Fənərbaxça"nın qapısına penalti təyin edilsə də, Robert Mak bu şansdan yararlana bilməyib. İkinci yarıda qol vurulmayıb və Türkiyə klubu ilk matçda 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 1/16 finalın ilk oyunlarına fevralın 14-də keçiriləcək 15 görüşlə yekun vurulacaq.
Avropa Liqası
1/16 final
İlk oyun
12 fevral
Fənərbaxça (Türkiyə) - Zenit (Rusiya) 1:0
Qool: İslamm Slimani, 21.
İstifadə olunmayan penalti: Robert Mak, 44.
Fənərbaxça: Harun Teik, Maurisio İsla, Martin Skrtel, Sadık Çiftpınar, Hasan Ali Kaldırım, Mehmet Topal (k), Jailson, Tolqay Arslan, Matyi Valbuena, Biktor Moses, İslamm Slimani.
Zenit: Andrey Lunev, Aleksandr Anyukov (k), Branislav İvanoviç, Yaroslav Rakitski, Elmir Nabiullin, Matias Kranevitter, Vilmar Barrios, Ernani, Robert Mak, Sebastian Driussi, Artyom Dzyuba.
Baş hakim: Ruddi Buke (Fransa).
İstanbul. Şükrü Saracoğlu stadionu.
Fanat.Az