Çempionlar Liqasının 1/8 finalında keçiriləcək "Ayaks” (Hollandiya) - "Real” (İspaniya) oyununun baş hakimi dəyişdirilib.
Fanat.Az xəbər verir ki, qarşılaşmanı əvvəlcədən nəzərdə tutulduğu kimi Şimon Marçinyak (Sloveniya) yox, Damir Skomina idarə edəcək. Marçinyak oyunda VAR hakimi vəzifəsini yerinə yetirəcək.
Qeyd edək ki, sabah keçiriləcək "Ayaks” – "Real” matçı Bakı vaxtı ilə saat 00.00-da start götürəcək.
Fanat.Az