PSJ-nin müdafiəçisi Dani Alves Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Mançester Yunayted"lə oynanılan matçdan sonra mətbuat nümayəndələrinin suallarını cavablandırıb.
Fanat.Az xəbər verir ki, braziliyalı futbolçu iştiraklarını davam etdirdikləri bütün turnirlərdə çempionluğu hədəflədiklərini bildirib:
"Kubok, çempionat və ya Çempionlar Liqası - bizim məqsədimiz bütün turnirlərdə qalib olmaqdı. Hər gün hədəflərimizə çatmaq üçün çalışırıq. Ancaq düzü, Çempionlar Liqasını qazansaq, lap gözəl olar. Düşünürəm ki, bu turnirdə birdəfəlik bakirəliyimizi itirməliyik. Bunun üçün çox çalışırıq".
Xatırladaq ki, PSJ son mövsümlərdə Çempionlar Liqasında maksimum 1/4 finala qədər irəliləyə bilib.
Fanat.Az