Çempionlar Liqasında videotəkrar sistemi ilk dəfə qərar dəyişib.
Fanat.Az xəbər verir ki, hadisə 1/8 final mərhələsinin "Ayaks"la "Real" arasında keçirilən ilk görüşündə baş verib. Qarşılaşmanın 38-ci dəqiqəsində "Ayaks"ın müdafiəçisi Nikolas Talyafiko başla toru silkələsə də, VAR-a baxıldıqdan sonra qol qeydə alınmayıb. Çünki təkrarda meydan sahiblərinin ofsaydda olan oyunçusunun rəqib qapıçının hərəkətinə mane olduğu görünür. Bu üzdən baş hakim Damir Skomina qolu ləğv edib.
UEFA qolun ləğv olunmasının səbəbini rəsmi "Twitter" səhifəsindən açıqlayıb: "Ayaks" - "Real Madrid" qarşılaşmasının I hissəsinin 38-ci dəqiqəsində Nikolas Talifikin başla vurduğu qol VAR sisteminə baxıldıqdan sonra ləğv edilib. Oyunun hakimi qərara alıb ki, Talifikin komanda yoldaşı Duşan Taşiç zərbə anında oyundan kənar vəziyyətdə olub. O, tutduğu mövqedə rəqibin qolkiperinə topa oynamağa və ya cəhdə mane olub. Qolun ləğvi düzgün qərardı.
Fanat.Az