UEFA Çempionlar Liqasında bu həftənin rəmzi komandasını açıqlayıb.
Fanat.Az xəbər verir ki, rəmzi komandada bu həftə baş tutan 4 oyunda meydana çıxan futbolçular yer alıb.
"11-lik"də ən çox futbolçu ilə "Tottemhem" təmsil olunub. "Borussiya"nı 3:0 hesabı ilə yenən İngiltərə klubunun 5 üzvü fərqlənib.
Səfərdə "Mançester Yunayted"ə 2:0 hesabı ilə qalib gələn PSJ-dən 3 futbolçu rəmzi komandaya düşüb.
Doğma meydanda "Portu"ya 2:1 hesabı ilə qalib gələn "Roma"nın 2, səfərdə "Ayaks"ı eyni hesabla yenən "Real"dan 1 nəfər seçilib.
Qapıçı: Huqo Lloris ("Tottenhem").
Müdafiəçilər: Yan Fertonqen ("Tottenhem"), Presnel Kimpembe ( PSJ), Serj Orye ("Tottenhem").
Yarımmüdafiəçilər: Anxel Di Mariya (PSJ), Kristian Eriksen ("Tottenhem"), Nikolo Dzanolo ("Roma"), Son Hın Min ("Tottenhem").
Hücumçular: Kərim Benzema ("Real"), Edin Ceko ("Roma"), Kilian Mbappe (PSJ).
Fanat.Az