12 il "Napoli”də oynadıqdan sonra Çin klubu "Dalyan İfan”a keçən Marek Hamşik açıqlama verib.
Fanat.Az-ın məlumatına görə, "Football Italia”ya danışan slovak ulduz belə deyib:
"Məni nə gözlədiyini bilmirəm. Yeni ölkə yeni macəralar vəd edir. Debütümü səbirsizliklə gözləyirəm. "Yuventus”a keçə bilərdim? Yox, belə şey olmayıb. "Milan”a üz tutmağa yaxın idim. Amma İtaliyada başqa klubda oynamaq istəmədim. "Napoli”nin futbolkasına xüsusi bağlılıq hiss edirəm”.
Qeyd edək ki, 2007-ci ildə "Breşia”dan "Napoli”yə keçən Hamşik bu klubda 520 oyuna çıxaraq 121 qol vurub və 111 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az