"Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın vingeri Riad Mahrezin az oynamasının səbəbkarı kimi özünü göstərib.
Fanat.Az "Sky Sports”a istinadən xəbər verir ki, mütəxəssis ötən yay 60 milyon funt-sterlinqə transfer olunan yarımmüdafiəçinin daha çox ehtiyatda qalmasına belə izah verib:
"Günahkar özüməm. Onun heç bir günahı yoxdu. Çox istedadlı oyunçudu, böyük həvəslə məşq edir. 5 hücumçumuz var. Bu gün Bernardu Silva və Rahim Sterlinq ən yaxşı formadadı. Son matçlarda Leroy Sane də oynamayıb. Mahrez bizimlə olduğuna görə şadıq. Amma mən ona haqq etdiyi şansı verə bilmirəm. Çox təəssüf ki, belə alınıb. Başqa heç nə deyə bilmərəm”.
Fanat.Az