"Mançester Yunayted"in sabiq baş məşqçisi Joze Mourinyu Fransa Liqa 1-in XXV turu çərçivəsində oynanılan "Lill" - "Monpelye" oyununu (0:0) stadiondan izləyib.
Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyundan sonra "beIN Sports"a verdiyi açıqlamada Fransa çempionatında işləyə biləcəyini istisna etməyib:
"Özümü Fransa çempionatında məşqçilik edən biri kimi təsəvvür edə bilirəm. İndiyə kimi dörd fərqli ölkədə işləmişəm. Fərqli mədəniyyətləri tanımaq xoşuma gəlir, öyrənməyi sevirəm. Yeni çempionatda işləmək mənim üçün əla təcrübə olardı".
Xatırladaq ki, "Mançester Yunayted" rəhbərliyi dekabrda "Liverpul"la oyunda qeydə alınan 1:3 hesablı məğlubiyyətdən sonra Joze Mourinyu ilə yollarını ayırmışdı.
Fanat.Az