Yaponiya Futbol Federasiyası Türkiyə Super Liqasının XXXI turunda keçiriləcək "Qalatasaray" - "Beşiktaş" matçının ölkədə yayımlanmasını istəyir.
Fanat.Az xəbə verir ki, artıq yaponlar bununla bağlı Türkiyə Futbol Federasiyasına müraciət edib.
Belə ki, yaponlar derbinin Yaponiya saatına uyğun olaraq gündüz saatlarında oynanılmasını istəyir. Bu halda oyunun ölkədə izlənməsi mümkü olacaq. Hətta Yaponiya Futbol Federasiyası bunun üçün 2 milyon avro təklif edib.
Buna səbəb isə derbidə Yaponiya yığmasının iki üzvünün oynayacağıdı. Belə ki, "Qalatasaray"da Yuto Naqatomo, "Beşiktaş"da Şinji Kaqava çıxış edir.
Daha öncə "Beşiktaş"ın pprezidenti Fikrət Orman bu məsələyə münasibət bildirmiş və TFF ilə danışıqlar apardıqlarını, amma müsbət cavab almadıqlarını bildirmişdi. Amma Yaponiyadan gələn 2 milyon avroluq təklif TFF-nin bu məsələyə müsbət yanaşmağa başlamasına səbəb olub.
Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" derbisi mayın 5-də "Türk Telekom Arena"da keçiriləcək.
Fanat.Az