Millimizin üzvü Pavel Paşayevin forma geyindiyi "Aleksandriya” heyətinə yeni futbolçu qatıb.
Fanat.Az xəbər verir ki, Poltava təmsilçisi "Vorskla”dan ayrılan Vladislav Kulaçla güclənib. "Aleksandriya" müqavilə ilə Donetsk "Şaxtyor”una məxsus olan forvardı mövsümün sonuna qədər icarəyə götürüb.
Qeyd edək ki, Kulaç bu mövsüm Avropa Liqasının qrup mərhələsinin Bakıdakı oyununda "Qarabağ"ın qapısına qol vururaq, "Vorskla"ya 1:0 hesablı qələbə qazandırmışdı.
Fanat.Az