PSJ Lassana Diarranın müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.
Fanat.Az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.
Fransa millisinin Mali əsilli üzvünün müqaviləsi mövsümün sonunda başa çatacaqdı. Lakin tərəflər mövsümün sonunu görmədən anlaşmanı pouzbulr.
Qeyd edək ki, dizindən zədə alan və bu səbəbdən oynamayan Diarra baş məşqçi Tomas Tuxelin etimadını qazana bilmirdi. O, cari mövsümdə cəmi 4 matça çıxa bilib.
Diara PSJ-yə ötən ilin qışında Birləşmiş Ərəb Əmirliklərinin "Əl-Cəzirə" klubundan transfer olunmuşdu. 33 yaşlı yarımmüdafiəçi əvvəllər Fransanın "Le Havr", "Marsel", İngiltərənin "Çelsi", "Arsenal", "Portsmut", İspaniyanın "Real", Rusiyanın "Anji" və "Lokomotiv" (Moskva) klublarında çıxış edib. O, Fransa millisində 34 oyun keçirib.
Fanat.Az