"Yuventus”un futbolçusu Sami Kedira ürəyindən əməliyyat olunub.
Fanat.Az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu keçib. Almaniyalı futbolçunun bərpa prosesi 1 ay çəkəcək.
Qeyd edək ki, Kedira cari mövsümdə müxtəlif zədələr üzündən A Seriyasında cəmi 9 oyunda meydana çıxa bilib və 2 qol, 1 ötürmə ilə yadda qalıb.
Fanat.Az